"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Cəfər əliyev: “Bəzən vergilərin yığılması üçün vətəndaşlarla intensiv söhbət aparmaq lazım gəlir”

--2018-09-24 / 18:12

Zakatala rayonu əliabad bələdiyyəsiniun sədri Cəfər əliyevin Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin DSMF-yə borcunun olmaması üçün ilk növbədə vergilərin yığımına diqqət edilməlidir:

“Bu gün vergi xidməti orqanının əməkdaşları demək olar ki, hər gün sakinlərlə-vergi ödəyicilərimizlə təmasdadırlar. Vətəndaşlarımızla müntəzəm təmas olmasa vergi yığılmaz. Deməliyəm ki, bəzən vergilərin yığılması üçün vətəndaşlarla intensiv söhbət aparmaq lazım gəlir. Bunun üçün isə bələdiyyənin vergi xidməti orqanına bacarıqlı, işin bilən kadrlar cəlb edilməlidir. Məhz bu orqanın əməkdaşlarının fəaliyyəti nəticəsində vergilər yığılmalıdır ki, borclarda vaxtında ödənsin.”

Sədrin sözlərinə görə, bu gün Zakatala əliabad bələdiyyəsinin hər hansı bir quruma borcu yoxdur.

Hazırda bələdiyyə ərazisində 2700-ə yaxın təsərrüfat və 11 min nəfərə yaxın əhali vardır. Cari ilin altı ayı ərzində 30 min manatdan artıq maliyyə vəsaiti yığa bilmişik. Və vəsaitin hamısı əhalidən torpaq vergisi, o cümlədən torpaq üzrə icarə haqqları təşkil edir. Deməliyəm ki, ərazidə əmlak vergisinə düşən hər hansı mənzil yoxdur.

Belediyye.info

ŞƏRHLƏR